Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13505
az

Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - Qətlin səbəbi açıqlandı

19:4821 May, 2019
612
KRİMİNAL
  • A
Bakıda, Sabunçu rayonunda, Nardaran qəsəbəsində dünən ağır cinayət baş verib. Polisdən verilən məlumata görə, 50 yaşlı Nardaran sakini Tahir Bağırov 77 yaşlı anası Rübabə Bağırovanı yaşadıqları evdə boğaraq öldürüb, daha sonra meyti yandırıb. Qadının yox olmasından qonşular narahat olublar və bu barədə polisə məlumat veriblər.

Oxu24.com baku.ws-yə istinadən xəbər verir ki, hadisədən sonra Tahir Bağırov cinayət yerindən qaçıb, lakin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı müəyyən olunub ki, ana və oğul arasında münaqişə olub.

Məlumata görə, oğul anasından yaşadıqları torpağın 4-5 sotunu satmaq üçün razılıq istəyib. Lakin Rübabə Bağırova razı olmayıb. Bundan qəzəblənən Tahir Bağırov anasını boğaraq öldürüb, sonra isə üstünə kerosin tökərək yandırıb.

Hər 2 faktla bağlı cinayət işi başlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi