Qaynar xətt:

(+99450) 247 90 86

Kərimi döyən şəxs polisdir? - Kimliyi açıqlandı, araşdırma başladı

2019-05/1558445730_17-30-30.jpg

KRİMİNAL

1433

21.05.2019, 17:35

\"\" Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin kimliyi məlum olub.
Bu barədə Oxu24.com -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, müğənniyə hücum edən şəxs Bakı şəhəri, Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Ramazanovdur:
“Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb”.
E.Hacıyevin sözlərinə görə, onun polis olması ilə əlaqədar yayılan xəbərlər əsassızdır.
“Elvin Ramazanov polis orqanlarında işləmir və mülki vətəndaşdır. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir”.