Bakı aeroportunda ƏMƏLİYYAT
25 Avqust 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
667
30.01.2025, 11:28
Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi detalları məlum olub.
Oxu24.com xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Aqil Məmmədov maşında olan 1983-cü il təvəllüdlü sərnişin Elşən İsmayılovun bibisi oğlu imiş.
Belə ki, gecə saatlarında qardaşıgildə baş tutan qonaqlıqdan çıxan Elşən İsmayılov ailə üzvləri ilə birgə Aqil Məmmədovun maşınına əyləşərək Seyidlər kəndindən qonşuluqda yerləşən və yaşadığı Dayıkənd kəndinə yola düşüb. Lakin bir neçə dəqiqə sonra onların olduğu avtomobil kəndin içindəki su kollektoruna düşüb.
Nəticədə E.İsmayılovun 1990-cı il təvəllüdlü həyat yoldaşı Nərmin İsmayılova, onun 2010-cu il təvəllüdlü övladı Rza və 2012-ci ildə doğulmuş oğlu Hüseyn, eləcə də sürücü A.Məmmədov suda boğularaq ölüblər.
Elşən İsmayılov və 2021-ci il təvəllüdlü oğlu Ziya isə sudan sağ çıxarılıb. Onlar xəstəxanaya aparılıb.
Bildirilir ki, E.İsmayılov Salyanda avtobus sürücüsü işləyir.
Onun bibisi oğlu Aqil Məmmədov isə Salyan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışırmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
18:04 / 26 Avqust 2026
1
17:56 / 26 Avqust 2026
29
17:43 / 26 Avqust 2026
41
17:40 / 26 Avqust 2026
39
17:20 / 26 Avqust 2026
54
16:59 / 26 Avqust 2026
63
16:45 / 26 Avqust 2026
72
16:30 / 26 Avqust 2026
72
16:14 / 26 Avqust 2026
75
15:59 / 26 Avqust 2026
73
15:40 / 26 Avqust 2026
86
15:17 / 26 Avqust 2026
85
15:12 / 26 Avqust 2026
133
14:59 / 26 Avqust 2026
90
14:45 / 26 Avqust 2026
76
14:42 / 26 Avqust 2026
85
14:40 / 26 Avqust 2026
83
14:30 / 26 Avqust 2026
78
14:15 / 26 Avqust 2026
89
13:58 / 26 Avqust 2026
79
13:55 / 26 Avqust 2026
85
13:33 / 26 Avqust 2026
110
13:15 / 26 Avqust 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.