Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124300
az

Evində qaldığı yeniyetmə qızı fahişəliyə cəlb edən qadın- Şərti cəza aldı

14:4729 Noyabr, 2024
23
KRİMİNAL
  • A

Bakıda yetkinlik yaşına çatmayan qızı və bir neçə digər həmcinsini fahişəliyə cəlb etmiş 1993-cü il təvəllüdlü “Sisi” ləqəbli S.Orucova cinayət məsuliyyətinə cəlb edilib.

Oxu24.com  xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onun barasəndəki cinayət işi üzrə hökm oxunub.

Qadın Cinayət Məcəlləsinin 171 (Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243-cü (Fahişəliyə cəlb etmə) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, Cəbrayıl rayon sakini olan S.Orucova müxtəlif qadınları 100-200 manat qarşılığında kişi müştərilərlə görüşdürüb. O, 15 yaşlı digər qızı isə 400-600 manat müqabilində görüşlərə cəlb edib. Hər görüşə görə isə 100-200 manat gəlir əldə edib.

Məlum olub ki, o, yetkinlik yaşına çatmayan qızın yaşadığı evdə qalıb. Həmin vaxt yeniyetməninin 13 yaşı olub və aralarında dostluq münasibətləri yaranıb. Bundan sonra “Sisi” yeniyetmə qızı şirnikləndirərək bu işə cəlb edib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə S.Orucovaya 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin yüngülləşdirici hallar nəzərə alınaraq onun cəzası 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha tez-tez yerkökü və pomidor yeyin

20 yaşlı gənci maşın vurdu
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin