Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən "Roşka" ləqəbli Rövşən Süleymanov həbs edilib.
Oxu24.com olay-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 45 gün müddətinə inzibati qaydada həbs seçilib.
Qeyd olunur ki, tiktoker saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.
ŞƏRHLƏR