Polisdən ƏMƏLİYYAT: 8 dələduz tutuldu
31 Avqust 2026, 12:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
243
26.11.2024, 13:50
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29,120.2.9-cu (ölümə cəhd) maddələri ilə təqsirli bilinən Vəliyeva Səbinə Mahir qızının məhkəməsinin hazırlıq iclası keçirilib.
Oxu24.com un məlumatına görə, cinayət işində zərərçəkmiş qismində Hüseynzadə Fərid Həsən oğlu tanınıb.
İlkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, zərərçəkən Fərid Hüseynzadə Səbinə Vəliyevadan şikayətçi deyil. Sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib. Hakimlər müşavirədən qayıtdıqdan sonra prosesə sədrlik edən Səbuhi Hüseynov cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərarı elan edib.
İttiham aktına görə, Səbinə Vəliyeva bu ilin yanvar ayında Suraxanı rayonunda kirayə qaldığı mənzildə qeyri-rəsmi yaşadığı Fəridə yatdığı yerdə bir neçə bıçaq zərbəsi vurub. Belə ki, hər iki şəxs içkili olub və gecə cinsi əlaqədə olublar.
Səhər qız yuxudan oyananda özünü lüt vəziyyətdə görüb və axşam olanlar tamam yadından çıxıb. Və qisas almaq məqsədi ilə bıçağa əl atıb.
Qeyd edək ki, 18 yaşı təzə tamam olmuş Səbinə əslən Qazax rayonundandır və valideyinlərindən küsərək Bakıya qaçıb və Fəridlə tanış olaraq onunla bir yerdə yaşamağa başlayıb.
Məhkəmə prosesinin ilkin baxış iclası dekabr ayının 10-na təyin edilib.
12:33 / 31 Avqust 2026
1
12:30 / 31 Avqust 2026
13
12:26 / 31 Avqust 2026
24
12:16 / 31 Avqust 2026
42
12:14 / 31 Avqust 2026
36
12:04 / 31 Avqust 2026
42
11:53 / 31 Avqust 2026
531
11:52 / 31 Avqust 2026
43
11:46 / 31 Avqust 2026
41
11:30 / 31 Avqust 2026
45
11:27 / 31 Avqust 2026
375
11:24 / 31 Avqust 2026
52
11:24 / 31 Avqust 2026
59
11:18 / 31 Avqust 2026
52
11:16 / 31 Avqust 2026
46
11:12 / 31 Avqust 2026
49
11:10 / 31 Avqust 2026
51
11:00 / 31 Avqust 2026
54
10:54 / 31 Avqust 2026
408
10:42 / 31 Avqust 2026
42
10:39 / 31 Avqust 2026
58
10:20 / 31 Avqust 2026
79
10:18 / 31 Avqust 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.