Qaynar xətt:

(+99450) 247 90 86

Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb

Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb

KRİMİNAL

550

26.11.2024, 11:42

Yevlaxda qız qaçıran şəxs avtomobilin baqajında ölü tapılıb.

Oxu24.com-un xəbərinə görə, evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad, soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.

Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.(Report)