Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlandı
31 Avqust 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
219
25.11.2024, 21:45
Bakıda apteklərdən birində xanım işçinin döyülməsini əks etdirən görüntülər yayılıb.
Oxu24.com xəbər verir ki, görüntülərdə orta yaşlı kişinin aptekdə çalışan gənc qızı təpikləyərək döyməsi, başına stul çırpması əks olunub.
Araşdırmalar zamanı məlum olub ki, hadisə bu ilin 8 iyun tarixində Nəsimi rayonu Rəşid Behbudov küçəsində yerləşən aptekdə baş verib. Paytaxtda çoxsaylı aptekləri olan iş adamı Elnur Cabbarov sahibi olduğu aptekə gələrək orada çalışan N.Aşirovaya hücum edib və döyərək xəsarətlər yetirib.
Belə ki, hadisədən 1 gün əvvəl, yəni iyunun 7-də N.Aşirova iş yoldaşı olan həmcinsi ilə yazışarkən müdiri olan E.Cabbarovu pişiyinə bənzədərək, onun “toppuş” olduğunu bildirib.
Digər əməkdaş bu barədə müdirə məlumat verib və N.Aşirovanın telefonunu əlindən alaraq yazışmalarına baxış keçiriblər. Bundan sonra aptekə gələn E.Cabbarov xanım əməkdaşı döyüb. O, daha sonra xanımın üzr videosunu çəkərək votsapdakı qrupa göndərib.
Görüntülər isə apteklər şəbəkəsində çalışan digər xanım əməkdaşın işdən çıxarılmasından sonra ictimailəşib. Bununla bağlı olaraq E.Cabbarov xanım əməkdaşa zəng edərək onu təhqir edib. Qadının əri isə ona zəng edərək görüşə çağırıb və aralarında dava-dalaş olub.
Bu hadisədən sonra E.Cabbarov və işdən çıxardığı qadının əri polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Araşırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.
15:47 / 31 Avqust 2026
1
15:39 / 31 Avqust 2026
23
15:35 / 31 Avqust 2026
26
15:32 / 31 Avqust 2026
31
15:16 / 31 Avqust 2026
41
15:10 / 31 Avqust 2026
39
14:59 / 31 Avqust 2026
41
14:56 / 31 Avqust 2026
51
14:40 / 31 Avqust 2026
64
14:25 / 31 Avqust 2026
60
14:10 / 31 Avqust 2026
62
13:55 / 31 Avqust 2026
63
13:54 / 31 Avqust 2026
81
13:45 / 31 Avqust 2026
82
13:40 / 31 Avqust 2026
57
13:36 / 31 Avqust 2026
65
13:21 / 31 Avqust 2026
128
13:20 / 31 Avqust 2026
74
13:19 / 31 Avqust 2026
75
13:14 / 31 Avqust 2026
77
13:11 / 31 Avqust 2026
76
13:08 / 31 Avqust 2026
68
13:00 / 31 Avqust 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.