Ramiz Mehdiyev cinayətində yeni maddə: Onu nə gözləyir?
01 Sentyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
261
18.11.2024, 11:21
Azərbaycanda hərbi xidmətdən yayınan çağırışçı həbs edilib.
Oxu24.com un əldə etdiyi məlumata görə, 19 yaşlı Ramin Osmanov (ad-soyad şərti) iki ardıcıl çağırışda xidmət keçməkdən boyun qaçırıb.
Osmanov 2024-cü ilin yanvarında hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. O, müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin olunub.
Çağırışçı hərbi birləşməyə getmək üçün Dövlət Xidmətinin Xətai rayon idarəsinə gəlib, lakin hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə əvvəlcə ağrıyan dişlərinin müalicə etdirməsinin zəruri olduğunu, sonra isə telefon vasitəsilə anası ilə danışmasını bəhanə gətirərək həmin ünvandan uzaqlaşıb.
Gənc bundan sonra hərbi xidmətdən yayınmaq üçün növbəti dəfə eyni addımı atıb.
Bu səbəbdən onun barəsində Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb.
Osmanovun işi Xətai Rayon Məhkəməsində araşdırılıb. Ona 1000 manat məbləğində cərimə cəzası kəsilib. Amma ittiham tərəfi hərbi xidmət keçmək istəməyən müttəhimin sərbəst qalması ilə razılaşmayıb.
Hökmdən verilmiş protesti Bakı Apellyasiya Məhkəməsi təmin edib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Osmanov 1 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs edilib.
12:25 / 01 Sentyabr 2026
9
12:18 / 01 Sentyabr 2026
23
12:11 / 01 Sentyabr 2026
30
12:09 / 01 Sentyabr 2026
111
12:04 / 01 Sentyabr 2026
34
12:03 / 01 Sentyabr 2026
107
11:58 / 01 Sentyabr 2026
37
11:56 / 01 Sentyabr 2026
34
11:50 / 01 Sentyabr 2026
39
11:43 / 01 Sentyabr 2026
38
11:40 / 01 Sentyabr 2026
44
11:21 / 01 Sentyabr 2026
60
11:20 / 01 Sentyabr 2026
61
11:19 / 01 Sentyabr 2026
245
11:17 / 01 Sentyabr 2026
54
11:11 / 01 Sentyabr 2026
207
11:05 / 01 Sentyabr 2026
59
11:04 / 01 Sentyabr 2026
76
11:00 / 01 Sentyabr 2026
62
10:55 / 01 Sentyabr 2026
55
10:46 / 01 Sentyabr 2026
65
10:38 / 01 Sentyabr 2026
58
10:25 / 01 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.