Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11485
az

Birinci arvadını öldürən Rövşən yaşlı sevgilisini də sağ qoymadı

18:2631 Mart, 2019
1118
  • A
 
Mətbəxdən çıxıb özünü Minayənin mənzilinə salan Rövşən mənzilin altını üstünə çevirib, hər yanı ələk-vələk edib. Özü də nə axtardığının fərqinə varmayıb. Mənzildən heç nə tapmayan Rövşən törətdiyi əməldən peşman olub və gecə ikən Novxanıya, işlədiyi bağa qayıdıb. Hadisə barədə heç kimə heç nə deməyib.

Mətbəxdən tapılan cəsəd

Üç gün Minayənin cəsədi mətbəxdə qalıb. Yataqxanadan gələn pis qoxu getdikcə artıb. Qonşulardan biri qoxunun Minayənin mətbəxindən gəldiyini deyib. Mətbəxin qapısı çöldən bağlı olduğundan qıfılı sındırıb içəri girəndə qonşu qadının cəsədi ilə qarşılaşıblar. Dərhal bu barədə polis bölməsinə məlumat veriblər.

Hadisədən bir həftə sonra R.Məmmədov Sumqayıt şəhər polis əməkdaşları tərəfindən həbs olunub. İlkin dindirmə zamanı törətdiyi cinayəti etiraf edib.

"Mən qatil deyiləm!"

Təqsirləndirilən Rövşən Məmmədov ona elan olunmuş ittihamla məhkəmədə özünü təqsirli bilməyib. İfadəsində Minayəni bir qonşu kimi tanıdığını, onunla yaxın münasibəti olmadığını, hadisə baş verən gün yataqxanaya getmədiyini deyib:

"Minayə qonşulara sələmə pul verməklə dolanırdı. Həmin gün Minayənin mənzilində olmamışam, onu bıçaqla vurmamışam, öldürməmişəm. Qətlin kim tərəfindən törədildiyini bilmirəm. İstintaqa verdiyim ifadələri təsdiq etmirəm. İstintaq zamanı təzyiq altında dindirmə protokolunu imzalamışam. Yazıb-oxumağı bacarmıram. İstintaqa verdiyim ifadəni təsdiq etmirəm".

R.Məmmədovun bu ifadəsini məhkəmə inandırıcı hesab etməyib. Məhkəmə hesab edib ki, iş üzrə zərərçəkmiş, şahid və ekspertiza rəylərinə əsasən qətlin R.Məmmədov tərəfindən törədildiyi tam təsdiqini tapıb.

"Anam təbiətcə sərt, dalaşqan idi"

Zərərçəkmiş Şamil Səfərov ifadəsində anasının xaraktercə sərt və dalaşqan olduğunu, bu səbəbdən də onunla yola getmədiyindən ailəsi ilə birgə kirayə yaşadığını göstərib: "Atam 2003-cü ildə vəfat edib. Böyük qardaşlarımın ikisi də Rusiyada yaşayır. Anam evimizi satıb yataqxanadan iki otaqlı ev aldı. Onun tək yaşamasını nəzərə alıb Azərbaycana qayıtdım. Amma məni və ailəmi yola vermədi. Buna baxmayaraq, tez-tez baş çəkir, lazım olan yardımı göstərirdim. Hadisədən bir il əvvəl anamın sələmə pul verdiyini eşitmişdim. Onu bu əməllərindən çəkindirməyə çalışsam da, buna nail ola bilmədim".

Ş.Səfərov ifadəsində deyib ki, anasına baş çəkməyə gələrkən bir neçə dəfə Rövşəni onun evində görüb. Bu barədə xəbər alanda qadın oğluna "mənzildə təmir işləri aparır" deyə cavab verib. O da anasının sözlərinə inanıb: "Rövşəndən xoşum gəlmirdi. Fəhləlik edir, qazandığı pulu içkiyə verir, arvadını döyüb-söyürdü. Arvadı da küsüb getmişdi. Rövşən yataqxanadan köçsə də, tez-tez gəlib gedirdi.

Mənə zəng vurub anamın qətlə yetirildiyini dedilər. Onun yaşadığı ünvana gəldim. Anamın meyiti mətbəxdə döşəmənin üzərində idi. Mənzilidəki mebel rəfləri, yorğan-döşək ətrafa dağıdılmışdı".

Məhkəmənin hökmünə əsasən, R.Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı - VİDEO/YENİLƏNDİ