Nurlan Libre keçmiş həyat yoldaşını məhkəməyə verdi
13 Sentyabr 2026, 11:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
278
15.05.2024, 12:47
Ötən ilin fevralında Bakıda yerləşən hoteldə qeyri-rəsmi münasibətdə yaşadığı qadını pəncərədən atan 1995-ci il təvəllüdlü Şükür Qənbərova hökm oxunub.
Sevgilisi Aysel Həsənovanı (şərti) Nəsimi rayonu ərazisindəki “Af Hotel”in 6-cı mərtəbəsindən atan şəxs Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Araşdırma zamanı məlum olub ki, Şükür Qənbərov Ağcabədi rayonu Meliorasiya və Suvarma idarəsində mühəndis vəzifəsində çalışır. O, yaşadığı rayonda ofisiant işləyən 1997-ci il təvəllüdlü A.Həsənova ilə tanış olub və 2022-ci ildən aralarında sevgi münasibəti yaranıb. Əvvəlki nikahından iki azyaşlı övladı olan qadınla qısqanclıq zəminində tez-tez mübahisə edən Şükür daha əvvəl onun uşaqlarının birini taxta ilə döyübmüş. Bununla bağlı polisdə araşdırma aparılsa da, sonradan A.Həsənova şikayətini geri götürüb. Bundan başqa, Ş.Qənbərovla A.Həsənova Qax və Xaçmazda birgə olarkən də aralarında münaqişələr baş veribmiş.
Son olaraq onlar Bakıya istirahət məqsədilə gəliblər. Paytaxta gələrkən Aysel azyaşlı övladlarını da özü ilə gətirib. Onlar “Af Hotel”ə yerləşdikdən sonra aralarında növbəti dəfə münaqişə yaranıb. Münaqişə zəminində Şükür sevgilisini zorla tutaraq 6-cı mərtəbədəki otağın pəncərəsindən atıb. Bu zaman qadın hotelin 3-cü mərtəbəsinin damına düşüb və müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şükür A.Həsənovanın onu hədsiz sevdiyini və ayrılmaq istəmədiyini bildirib. O, sevgilisinin ondan ayrılmamağa görə intihar məqsədilə özünü pəncərədən atdığını deyib. A.Həsənova da Şükürün ondan ayrılmaq istəmədiyini və onu çəkindirməyə görə özünü atdığını bildirib.
Lakin məhkəmə tərəflərin ibtidai istintaqa verdiyi ifadələri əsas götürüb. Həmin vaxt hər iki şəxsin aralarında qısqanclıq zəminində mübahisə yaranması və Şükürün qadını zorla pəncərədən atmasını deməsi məlum olub. Qadının məhkəmədə dediklərinin Şükürü qorumaq məqsədi güdməsi qənaətinə gəlinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ş.Qənbərovu Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə təqsirli bilib. Ona 8 il 6 ay həbs cəzası verilib. (Qafqazinfo)
14:04 / 13 Sentyabr 2026
1
13:50 / 13 Sentyabr 2026
40
13:40 / 13 Sentyabr 2026
46
13:15 / 13 Sentyabr 2026
44
13:02 / 13 Sentyabr 2026
118
12:55 / 13 Sentyabr 2026
56
12:21 / 13 Sentyabr 2026
314
12:19 / 13 Sentyabr 2026
85
12:10 / 13 Sentyabr 2026
89
11:54 / 13 Sentyabr 2026
195
11:46 / 13 Sentyabr 2026
75
11:41 / 13 Sentyabr 2026
168
11:30 / 13 Sentyabr 2026
122
11:00 / 13 Sentyabr 2026
96
10:39 / 13 Sentyabr 2026
629
10:29 / 13 Sentyabr 2026
138
10:26 / 13 Sentyabr 2026
113
10:15 / 13 Sentyabr 2026
83
10:11 / 13 Sentyabr 2026
122
10:02 / 13 Sentyabr 2026
1279
09:50 / 13 Sentyabr 2026
117
09:19 / 13 Sentyabr 2026
491
08:58 / 13 Sentyabr 2026
1161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.