Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106401
az

Girdikləri evdə pul tapmadılar: Əvəzində sazı və gitaranı oğurladılar

09:5018 Aprel, 2024
125
KRİMİNAL
  • A

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, Lerik rayonu ərazisindəki evlərdən birindən gecə saatlarında naməlum şəxslərin gitara, saz və məişət əşyaları oğurlaması barədə polis məlumat daxil olub.


Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Elariz Məmiyev və İsmayıl İsmayılzadə saxlanılıblar.

 

Onlar sözügedən ünvana içərisində xeyli məbləğdə pul olan seyf və ya kassa olduğunu güman etdikləri üçün daxil olublar.

 

Pul və zinət əşyası tapa bilmədikdə isə musiqi alətləri və məişət əşyası oğurlayıblar.

 

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar aparılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Bu dövlət qurumunda əməliyyat keçirildi - Saxlanılanlar VAR
“Oğlumu döyüb təhqir ediblər, bundan sonra özünü asıb”