Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105545
az

Əmisi qızını öldürərək yandıran şəxs barədə Ali Məhkəmədən qərar

16:5905 Aprel, 2024
129
KRİMİNAL
  • A

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Əfrayıl Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə cəza təyin olunmayıb. Hökmdə qeyd edilib ki, məhkum cəzasının ilk 7 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Şirvan Apellyasiya Məhkəməsi Əfrayıl Məmmədovun şikayətini təmin etməyib. 

Qeyd edək ki, rəsmi məlumata əsasən, 5 iyul 2015-ci ildə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün, 8 fevral 2022-ci ildə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Masallı rayonu, Təklə kənd sakini Əfrayıl Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobillə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla onun boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla öldürüb. Daha sonra sonuncunun meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlədib, təxminən 25-30 gün sonra cəsədi gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb. O, cinayətini gizlətmək məqsədilə balta vasitəsi ilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırıb, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırıb. Əfrayıl Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf edib, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış keçirilib, aşkar edilmiş insan sümük fraqmentlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülüb. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrayıl Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Mahmud Mahmudov da bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Onun cinayət işi ayrıca icraata ayrılıb.

Xatırladaq ki, əmisi qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Əfrayıl 2021-ci ildə televiziya verilişlərindən birinin efirinə çıxıb və soyuqqanlı şəkildə Səidənin harada olmasından xəbərsiz olduğunu deyib. 2000-ci il təvəllüdlü Səidənin anası Bibixanım Cəfərovanın iddialarını inkar edən Əfrayıl qızın itkin düşməsindən bir neçə gün əvvəl onunla mübahisə etdiyini və bu zaman ona sadəcə iki dəfə şillə vurduğunu bildirib:

"Mən ona başqa heç nə etməmişəm, deyirlər guya 10 kiloqramlıq dəmirlə vurmuşam, amma bunların hamısı yalandır".

Səidə Cəfərovanın anası isə həmin vaxt qızının hər gün yaşadıqlarını gündəliyə yazdığını, orada Əfrayıl tərəfindən, hətta təcavüzə məruz qaldığını qeyd etdiyini bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göyçay sakini atasını döyüb öldürdü
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu