Qaynar xətt:

(+99450) 247 90 86

Qeyri-rəsmi nikahda yaşadığı qadını öldürən şəxsə 18 il həbs cəzası verilib

Qeyri-rəsmi nikahda yaşadığı qadını öldürən şəxsə 18 il həbs cəzası verilib

KRİMİNAL

446

19.02.2024, 12:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədova hökm oxunub.
"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 19 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, ittiham aktına görə, T.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı qadın - 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı xəyanət etməsinə, əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edərək onu qəsdən öldürmək qərarına gəlib. Belə ki, təqsirləndirilən şəxs ötən ilin avqustunda T.Salmanovanı Nərimanovda birgə kirayədə yaşadığı evdə qeyri-rəsmi nikahdan dünyaya gəlmiş övladlarının gözü qarşısında qətlə yetirib. İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirməklə xüsusi amansızlıqla ümumilikdə, 25 bıçaq zərbəsi vurub. T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü (xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.