Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103043
az

Dələduzluqda təqsirləndirilən politoloqa hökm oxunub

11:0519 Fevral, 2024
235
KRİMİNAL
  • A
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevə hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Cəbrail Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, iş üzrə "Paşabank" ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat Gənclər Fonduna, 342 min manat isə "Paşabank"a qarşı mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı
Sevgilisinin xəyanətindən şübhələndi, qazini öldürdü - VİDEO
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı