Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür.
Oxu24.com bildirir ki, report-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.
Xilasedicilər onları binadan çıxarmağa çalışırlar.
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.Bu barədə Oxu24.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.
Onların həyatları üçün təhlükə yoxdur.
Oxu24.com
ŞƏRHLƏR