Bakıda oğurluq edən şəxs saxlanılıb
22 Sentyabr 2026, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
501
16.02.2024, 20:13
Türkiyədə 5 ay əvvəl yol qəzasında həyatını itirdiyi bildirilən yaşlı kişi qonşuları tərəfindən öldürülüb.
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 16 sentyabr 2023-cü il tarixində Dənizlinin Kelekçi məhəlləsində tək yaşayan 64 yaşlı Şahin Demirtenin qonşusu Cihan G. təcili yardım mərkəzinə zəng edərək Demirtenin evindən 500 metr aralıda motosikletlə qəzaya uğradığını bildirib. Qonşunun zəngindən sonra əraziyə gələn səhiyyə işçiləri qocanın öldüyünü müəyyən ediblər. İlkin araşdırmada infarkt keçirdiyi üçün qəzaya düşdüyü zənn edilən iki uşaq atası Demirten ertəsi gün məhəllə qəbiristanlığında dəfn edilib.
Atalarının daha əvvəl heç qəza törətməməsindən, hadisə yerində gördükləri ağac parçalarından, ərazidəki qan izlərindən şübhələnən Şahin Demirtenin övladları qəzanın baş verdiyi ərazidəki bütün dəlilləri videoya çəkiblər. Respublika Prokurorluğuna müraciət edərək hadisənin yenidən araşdırılmasını tələb ediblər. Ailənin şübhələrini nəzərə alan prokurorluq hadisəni araşdırmağa başlayıb.
Hadisə yerindən toplanan dəlillərə və qəzaya uğradığı iddia edilən motosikletdə hər hansı qırıq hissələrin olmamasına əsasən, onun öldürüldüyü qənaətinə gəlinib.
Ətraflı
Ad - 00:22
Nəticədə Şahin Demirtenin qonşusu tərəfindən ağac parçası ilə döyülərək öldürüldüyü müəyyən edilib. Hadisə ilə bağlı Demirtenlə aralarında ədavəti olan qonşu Həsən G., həyat yoldaşı Makbule G., oğlu Cihan G. və qızı Serap G. saxlanılıb. Dindirilmə zamanı şübhəlilərdən Cihan G. törətdiyi cinayəti etiraf edib və hadisə baş verən gün olanları danışıb.
Narkotik aludəsi olduğu iddia edilən Cihan G. Şahin Demirtenin yolunu kəsərək pul istəyib. Demirten pul vermədiyinə görə aralarında mübahisə yaranıb. Nəticədə yaşlı kişinin başına ağac parçası ilə vurub, sonra isə onu döyməyə başlayıb.Cinayət hadisəsinə ailənin digər üzvləri də qarışıb.Qətlin qəza kimi görünməsini istəyən ailə Şahin Demirteni motosikleti ilə birlikdə 50 metr sürüyüb qəza görüntüsü yaratmağa çalışıblar. Cinayətdən qaçmaq üçün planlar quran, hətta qəza barədə 112-yə zəng vuran ailəni hadisə yerində unutduqları və evlərinin qarşısındakı ilə eyni olan ağac parçaları ələ verib.
Prokurorluqda dindirilmələri hələ də davam edən şübhəlilərə "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.
09:42 / 22 Sentyabr 2026
5
09:38 / 22 Sentyabr 2026
15
09:36 / 22 Sentyabr 2026
18
09:34 / 22 Sentyabr 2026
19
23:29 / 21 Sentyabr 2026
98
23:14 / 21 Sentyabr 2026
94
22:27 / 21 Sentyabr 2026
101
22:22 / 21 Sentyabr 2026
94
22:20 / 21 Sentyabr 2026
95
22:12 / 21 Sentyabr 2026
98
22:04 / 21 Sentyabr 2026
97
22:03 / 21 Sentyabr 2026
90
21:55 / 21 Sentyabr 2026
89
21:47 / 21 Sentyabr 2026
93
21:41 / 21 Sentyabr 2026
97
21:35 / 21 Sentyabr 2026
94
21:32 / 21 Sentyabr 2026
99
21:30 / 21 Sentyabr 2026
152
21:21 / 21 Sentyabr 2026
94
21:18 / 21 Sentyabr 2026
78
21:18 / 21 Sentyabr 2026
80
21:11 / 21 Sentyabr 2026
135
21:02 / 21 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.