Biləsuvarda silahlı şəxs və narkokuryerlərə qarşı əməliyyat keçirilib.
Oxu24.com-un verdiyi xəbərə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sabirabad sakini Elburus Quliyev, paytaxt sakini Təhmuraz Kazımov və Salyan sakini Hüseyn Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Biləsuvar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Şirvan sakini Vüsal Məmmədov saxlanılıb. Ondan “Beretta" markalı tapança, 5 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkarlanıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR