Baş İdarə bir neçə rayonda əməliyyat keçirib:Xeyli sayda tutulan var
24 Sentyabr 2026, 15:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
548
13.01.2024, 13:44
Bakıda fəaliyyət göstərən 9 saylı marşrut xəttinin sürücüsü tanımadığı şəxs tərəfindən döyüldüyünü deyir.
OXU24.COM bildirir ki,"Qafqazinfo"ya müraciət edən sürücü Vüsal Bayramov hadisənin Yasamal rayonu ərazisində baş verdiyini bildirib.
Onun iddiasına əsasən, insident kiçik yol qəzasından sonra baş verib: "Yanvarın 10-da saat 20:22-də Tbilisi prospektindən 20 Yanvar dairəsinə doğru hərəkətdə olarkən supermarketlərdən birinin parkinqindən "Audi Q3" markalı, 99 SK 699 dövlət qeydiyyat nişanlı avtomobil əsas yola çıxdı. Mən avtobusu sola çəkərək hərəkətimə davam etdim, lakin həmin avtomobili idarə edən qadın sürücü yola çıxaraq məni sıxdı və qəfil önümə keçməyə çalışdı, bu zaman yüngül toqquşma oldu".
Şikayətçi bildirib ki, hadisə yerinin yaxınlığında yol polisi olub: "Mən bacardığım qədər sola çəkilmişdim ki, qəza olmasın və o tərəfə yer yox idi. Həmin avtomobil hərəkət etdiyim zolağa daxil olaraq sağ tərəfdən manevr edib qəzaya səbəb oldu. Yol polisi yaxınlıqda idi, sənədlərimizi aldı və Bakı Şəhər Yol Polisi İdarəsinə gəlməyimizi, eyni zamanda sığortanı gözləməyimizi bildirdi. Dayanıb sığortanı gözləyərkən 3 nəfər naməlum şəxs oraya yaxınlaşdı, "Audi"dəki xanımla danışaraq yüksək səslə məni təhqir etməyə başladılar, ünvanıma nalayiq sözlər işlətdilər və onlardan biri gözümə yumruqla zərbə vurdu. Nəticədə dişim sındı. Onlar isə "Toyota Land Cruiser" markalı avtomobilə minərək ərazidən uzaqlaşdılar".
V.Bayramov əlavə edib ki, hadisə barədə "102" xidmətinə məlumat verib və Yasamal Rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, hadisə barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır: "Müvafiq ekspertizalar təyin edilib və ekspertiza rəyinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək".
.jpg)
19:19 / 24 Sentyabr 2026
1
19:08 / 24 Sentyabr 2026
28
19:03 / 24 Sentyabr 2026
47
18:37 / 24 Sentyabr 2026
51
18:28 / 24 Sentyabr 2026
53
18:19 / 24 Sentyabr 2026
52
18:02 / 24 Sentyabr 2026
67
17:50 / 24 Sentyabr 2026
58
17:40 / 24 Sentyabr 2026
58
17:24 / 24 Sentyabr 2026
71
17:12 / 24 Sentyabr 2026
63
17:00 / 24 Sentyabr 2026
73
16:41 / 24 Sentyabr 2026
66
16:31 / 24 Sentyabr 2026
237
16:30 / 24 Sentyabr 2026
85
16:08 / 24 Sentyabr 2026
92
15:55 / 24 Sentyabr 2026
75
15:39 / 24 Sentyabr 2026
92
15:31 / 24 Sentyabr 2026
75
15:27 / 24 Sentyabr 2026
77
15:21 / 24 Sentyabr 2026
916
15:20 / 24 Sentyabr 2026
66
15:11 / 24 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.