Qaynar xətt:

(+99450) 247 90 86

Ötən gün vətəndaşlardan 7 silah götürülüb

Ötən gün vətəndaşlardan 7 silah götürülüb

KRİMİNAL

485

07.01.2024, 10:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Yanvarın 6-da vətəndaşlardan ümumilikdə 7 silah götürülüb.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 qumbara, 1 qumbara alışdırıcısı, 2 patron darağı, 192 ədəd müxtəlif çaplı patron və 12 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 3 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 14 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.