Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda evlərdən oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkumlar saxlanılıb

Bakıda evlərdən oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkumlar saxlanılıb

KRİMİNAL

483

06.01.2024, 11:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakının Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.