Baş İdarə bir neçə rayonda əməliyyat keçirib:Xeyli sayda tutulan var
24 Sentyabr 2026, 15:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
584
05.01.2024, 11:58
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb olunan və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri, eləcə də odlu silah-sursatı respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təmin edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Goranboy rayon sakini Sabir Alıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 6 kiloqram 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin həmin narkotik vasitə və silah-sursatı paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə 2000 manat qarşılığında razılaşdığı məlum olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə oğurluq edən Abid Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun rayonun Qaradeyin kəndində bir neçə kənd sakininə məxsus tövlədən xırdabuynuzlu heyvanları oğurlayaraq satdığı məlum olub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
00:26 / 25 Sentyabr 2026
51
00:04 / 25 Sentyabr 2026
66
23:49 / 24 Sentyabr 2026
60
23:01 / 24 Sentyabr 2026
193
22:58 / 24 Sentyabr 2026
78
22:40 / 24 Sentyabr 2026
63
22:33 / 24 Sentyabr 2026
89
22:31 / 24 Sentyabr 2026
71
22:25 / 24 Sentyabr 2026
76
22:08 / 24 Sentyabr 2026
81
22:02 / 24 Sentyabr 2026
229
21:57 / 24 Sentyabr 2026
67
21:55 / 24 Sentyabr 2026
213
21:52 / 24 Sentyabr 2026
178
21:48 / 24 Sentyabr 2026
70
21:38 / 24 Sentyabr 2026
279
21:32 / 24 Sentyabr 2026
395
21:19 / 24 Sentyabr 2026
56
21:17 / 24 Sentyabr 2026
106
21:12 / 24 Sentyabr 2026
134
21:10 / 24 Sentyabr 2026
64
21:04 / 24 Sentyabr 2026
76
20:58 / 24 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.