Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95736
az

Kapital Bank–ın təşəbbüsü ilə  “Data Talks” tədbiri baş tutdu

10:0827 Sentyabr, 2023
477
İQTİSADİYYAT
  • A

Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank “SUP.VC” şirkəti ilə birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı unikal tədbirlərə start verib.  İl sonunadək 6 tədbiri əhatə edəcək layihənin “Data Talks” formatında olan ilk tədbiri yekunlaşdı. 
Tədbiri çıxış sözü ilə Kapital Bank-ın Data Menecment İdarəsinin Data Transformasiyası Ekspert Mərkəzinin lideri Renad Cəfərov açdı. O, çıxışında bildirdi ki, “Kapital Bank   uzun müddət öncə data transformasiya prosesinə başladı və uğurlu bir yol keçdi. Bunun üçün beynəlxalq təcrübə öyrənildi, peşəkar mütəxəssislər cəlb olundu. Data transformasiya layihəsi banka data əsaslı qərarlar qəbul etmək mədəniyyəti və mühiti gətirdi. Eyni zamanda biz dataların düzgün toplanması, analizi, idarəsini həyata keçirməklə data kirliliyinin qarşısını aldıq. Müasir dövrün ən vacib məqamlarından olan data təhlükəsizliyini uğurla təmin etdik. Kapital Bank olaraq beynəlxalq və yerli ekspertlərin bizə qazandırdığı təcrübəni bu sahədə uğur qazanmaq istəyən şəxslərlə bölüşməyə hazır və açığıq. Hazırda bu sahədə müxtəlif vakansiyalar da elan etmişik. Siz də bizə qoşulun əmin olun ki, bizimlə birgə yaşayacağınız təcrübə sizə çox böyük dəyər qatacaq”.
Tədbirin eksperti yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi mövzusunda 20 ildən çox təcrübəyə sahib, “Oracle” şirkəti tərəfindən “Oracle ACE Director” mükafatına layiq görülmüş mütəxəssis Kamran Ağayev oldu. Onun təqdimatında yüksək dayanıqlı məlumat bazalarının yaradılması və idarə edilməsi, bu bazaların qurulması, eləcədə yaranacaq problemlər zamanı həll yolları müzakirə edildi. 
Tədbirə verilənlər bazasının peşəkarları və bu sahəyə maraq göstərən 100 dən çox iştirakçı qoşuldu. Görüş onlara böyük məlumatların (“big data”) yerləşdirilməsi və idarə olunması sahəsində yeni biliklərlə yanaşı təcrübə mübadiləsi, yeni əlaqələr və tanışlıq imkanı qazandırdı.  
Tədbirə verilənlər bazasının peşəkarları və bu sahəyə maraq göstərən 100 dən çox iştirakçı qoşuldu. Görüş onlara böyük məlumatların (“big data”) yerləşdirilməsi və idarə olunması sahəsində yeni biliklərlə yanaşı təcrübə mübadiləsi, yeni əlaqələr və tanışlıq imkanı qazandırdı.  
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bank kartları ilə ödənişlərin məbləği xeyli artıb
Bitcoin məzənnəsi 2021-ci ilin noyabrından bəri ilk dəfə 59 min dolları keçib
Bu şəxslərin maaşlarının məbləğlərində dəyişiklik edilib

Teleqramda pul qazanmaq mümkün olacaq  -  ŞAD  XƏBƏR

18+

Dəhşətli cinayətin VİDEOSU YAYILDI (18+)
Toyda ölüm anı KAMERAYA DÜŞDÜ
Polis vətəndaşın şikayətinə niyə reaksiya vermir?  —  Kameraya düşmüş oğurluq 
Soğandan düzəldilən dərman görün nələrə dərman imiş
Qadın faciəli şəkildə öldü