Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7899
az

“Kapital Bank”da “Könüllülər”in məzun günü

12:0613 Dekabr, 2018
927
İQTİSADİYYAT
  • A
 Xəbər verdiyimiz kimi, “Kapital Bank”gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər.

Oxu24.com  xəbər verir ki, dekabr ayının 11-də layihənin 2-ci buraxılışının məzun günü keçirilib və iştirakçılara müvafiq sertifikatlar təqdim edilib. Təcrübə zamanı yüksək nəticələr göstərən gənclərə isə mövcud vakansiyalar üzrə iş təklifi olunub.

Könüllülər ilk 2 həftə ərzində bankda nəzəri təlimlər keçiblər. Sonrakı 2 həftə ərzində təcrübə proqramında iştirak ediblər. Son 2 ay ərzində isə filiallarda könüllülər qismində müştərilərə xidmət göstəriblər. Həmçinin gənclərə yalnız məlumat xidmətinin iş prinsipi deyil, bank əməliyyatları, kreditlər, əmanətlər, ödəniş kartları, pul köçürmələri, müxtəlif xidmət tarifləri və digər mühüm istiqamətlər üzrə də məlumat verilib, həmçinin gündəlik iş prosesində onların da iştirakı təmin edilib.

Qeyd edək ki, layihə çərçivəsində 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində, həmçinin “Kapital Bank”ın bir neçə paytaxt filialında “Yaşa” Mərkəzinin təqaüdçüləri könüllü şəkildə yaşlı müştərilərə xidmət göstəriblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank yeni Bravo-3 filialını istifadəyə verdi
Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb
BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi