Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73848
az

Kapital Bank Zəngilanda sosial aksiya həyata keçirdi

14:2815 Sentyabr, 2022
203
İQTİSADİYYAT
  • A

15 sentyabr – Bilik Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə sosial aksiya həyata keçirildi. Ağalı kəndinə köçürülən ilk 48 ailənin üzvləri ilə yeni məktəb binasında baş tutan tədbirdə iştirakçılara yeniliklər barədə ətraflı məlumat verildi.

 

Görüşdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov, Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Mastercard-ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov və Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov iştirak edirdi.

 

Tədbir zamanı Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması barədə məlumat verildi. Həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin edilib. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılıb, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılıb. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılıb və ödəniş kartları verilib.

 

Bundan başqa Kapital Bank və Mastercard-ın dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi keşbek kampaniyasına start verilib ki, bunun da nəticəsində Ağalı kəndindəki obyektlərdə nağdsız ödəniş edən Mastercard sahibləri 10% keşbek əldə edəcəklər.

 

Layihə çərçivəsində Ağalı kənd orta məktəbinin şagirdlərinə “Smart təhsil kartı” və dərs ilinin başlanması, habelə şagirdlərin tədris zamanı daha müasir üsullardan istifadə edə bilməsi üçün 48 ailədə olan şagirdlərə planşetlər hədiyyə edildi.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ
Valyuta hərracında tələb 45 milyon dollara yaxınlaşıb
Pensiyalar nə qədər artıb?

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi