Neftimiz bahalaşdı
12 Noyabr 2026, 09:48
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2076
15.04.2021, 12:28
Kapital Bank və Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade), tərəfindən 13-14 aprel 2021-ci il tarixlərində “Müxbir Bankçılıq” adlı onlayn seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub.
Tədbirin əsas proqramı beynəlxalq təcrübəyə əsaslanaraq müxbir bankçılıq münasibətlərinin qurulması və onların dəstəklənməsinə həsr olunub.
Bu mövzu regionda ilk dəfə təqdim olunaraq Amerikanın və Avropanın qlobal banklarının mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20 yerli kommersiya bankı və xarici bankların nümayəndələrindən ümumilikdə 50 mütəxəssis iştirak edib.
Seminarın açılışına qatılan BAFT-ın prezidenti Tod Burwell və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları dəstəklədiklərini vurğulayıblar.
Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov seminarın yerli bankların beynəlxalq səviyyədə müxbir bankçılığın hansı təcrübə ilə həyata keçirilməsini daha geniş öyrənməsinə, həmçinin ölkə bankları üçün bu istiqamətin gücləndirilməsi və potensialın artırılmasına dəstək verəcəyini bildirib.
Proqramı zamanı bu sahədəki yeni qlobal trendlərə, daxili və xarici maraqlı tərəflərlə işin təşkili, partnyorların seçilməsinin strategiya ilə uzlaşdırılması, gözləntilərin idarə edilməsi, bu prosesdəki potensial risklərin müəyyən edilməsi, banklar arasında əməkdaşlığın inkişafı və idarə edilməsi kimi mövzulara toxunulub.
Proqramda həmçinin bu istiqamətdə İT, kiber-təhlükəsizlik və rəqəmsal məqamların da nəzərə alınması kimi mövzular əhatə olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
19:36 / 12 Noyabr 2026
8
19:31 / 12 Noyabr 2026
19
19:19 / 12 Noyabr 2026
48
19:15 / 12 Noyabr 2026
50
19:09 / 12 Noyabr 2026
47
19:03 / 12 Noyabr 2026
54
18:58 / 12 Noyabr 2026
63
18:50 / 12 Noyabr 2026
64
18:42 / 12 Noyabr 2026
682
18:40 / 12 Noyabr 2026
67
18:32 / 12 Noyabr 2026
291
18:28 / 12 Noyabr 2026
70
18:26 / 12 Noyabr 2026
89
18:16 / 12 Noyabr 2026
104
18:15 / 12 Noyabr 2026
88
18:07 / 12 Noyabr 2026
95
17:53 / 12 Noyabr 2026
91
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
111
16:21 / 12 Noyabr 2026
128
15:55 / 12 Noyabr 2026
153
15:36 / 12 Noyabr 2026
585
15:15 / 12 Noyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.