"Müzakirə olunan, üçüncü oxunuşda qəbul edilən 2021-ci il dövlət büdcəsi tarixə düşəcək bir büdcə, zəfər büdcəsidir".
Oxu24.com xəbər verir ki, bu sözləri millət vəkili Məlahət İbrahimova deyib. O. bildirib ki, 2021-ci ildə büdcədə bütün sosial təbəqəni əhatə edəcək artımlar olacaq:
"Əmək pensiyalarını əhatə edən qanun layihəsində, nəzərdə tutulmuş maddəyə dəyişiklik olunub. Əmək pensiyasının sığorta hissəsinə olan əlavələr bəzi hallarda sosial sığorta prinsiplərini zəiflədirdi. Bu, vətəndaşlarda müəyyən narahatlıqlar yaradırdı. Hazırda isə bu, çox sadələşdirilmiş formada təsis olunub.
Şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə müavinətlərin verilməsi təşkil olunacaq. Təkcə müharibədə deyil, hər hansı səbəbdən əlilliyi olan vətəndaşlara da müavinətlər şamil olunacaq.
2021-ci ilin büdcəsində nəzərə çarpacaq dərəcədə artım nəzərdə tutulub və bu artımlar bütün sahələri əhatə edəcək".
Oxu24.com
ŞƏRHLƏR