Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
16 May 2026, 12:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
679
21.07.2020, 20:15
"Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bütün bunlar bizim siyasətimizi göstərir. Sosial sahədə digər önəmli layihələr də icra edilir. Özünüməşğulluq proqramı - insanlara imkanlar yaradılır ki, onlar öz ailələrini dolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə 12 min insan cəlb olunacaq, 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək".
Oxu24.com xəbər veritr ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.
“DOST xidmətinin fəaliyyətə başlaması həm ideya, innovasiya, siyasət, eyni zamanda, vəsait tələb edir. Sirr deyil ki, bizim vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur. Təsəvvür edin, əgər bizim neft-qaz kəmərlərimiz olmasaydı və xarici şirkətlər Azərbaycan neft-qaz sənayesinə milyardlarla dollar pul qoymasaydılar, biz indi nəyin hesabına yaşayacaqdıq? Bu səviyyədə yaşaya bilərdikmi? Əlbəttə ki, yox. Öz haqlı işimizi beynəlxalq arenada bu dərəcədə müdafiə edə bilərdikmi? Əlbəttə ki, yox. Ona görə Ulu Öndərin xalq qarşısında xidmətləri arasında bu sahə xüsusi yer tutur. Biz məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaratmışıq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyuruq. Biznes, özəl sektor buna görə inkişaf edir”, - deyə dövlət başçısı vurğulayıb.
20:13 / 16 May 2026
16
20:01 / 16 May 2026
29
19:53 / 16 May 2026
51
19:27 / 16 May 2026
60
19:00 / 16 May 2026
72
18:49 / 16 May 2026
69
18:35 / 16 May 2026
78
18:22 / 16 May 2026
197
18:07 / 16 May 2026
72
17:56 / 16 May 2026
195
15:34 / 16 May 2026
81
15:15 / 16 May 2026
358
15:13 / 16 May 2026
99
14:31 / 16 May 2026
82
14:25 / 16 May 2026
85
14:15 / 16 May 2026
89
13:55 / 16 May 2026
104
13:33 / 16 May 2026
94
13:29 / 16 May 2026
348
13:25 / 16 May 2026
91
13:15 / 16 May 2026
91
12:55 / 16 May 2026
100
12:54 / 16 May 2026
444
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.