Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3354
az

İşıqlar yanır? - “Azərişıq” son vəziyyəti açıqladı

09:3003 İyul, 2018
1296
İQTİSADİYYAT
  • A
 "Azərişıq" ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "OXU24.COM"a açıqlamasında qeyd edib ki, elektrik enerjisinin verilişinin bərpası ilə bağlı işlər tam sürətlə gedir:

"Artıq Bakı Metropoliteni, dövlət xəstəxanaları, hərbi hissələr, su-kanalizasiya idarələri və dövlət əhəmiyyətli bütün obyektlər elektriklə tam təmin olunub. Hazırda Bakı şəhərinin 95 faizində işıqla bağlı problem yoxdur. Regionlarda qərb və şimal rayonları 100 faiz, digər ərazilər isə 40-80 faizlə təchiz olunub".

T. Mustafayev bildirib ki, gecə saatlarından Azərişıq rəhbərliyi başda olmaqla bütün əməkdaşlar iş başındadırlar:
"Azərişıq istehlakçıdan aldığı enerjini ötürmə funksiyasını yerinə yetirir və biz elektrik aldıqca bütün bölgələrdə problem tam həll olunacaq. Hazırda bütün ölkə üzrə elektrik paylayıcı xətlər yüksək səviyyədə fəaliyyət göstərir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ŞAD XƏBƏR! Bu şəxslərə “13-cü maaş” veriləcək - RƏSMİ
Azərbaycan bu məhsulların ixracından gəlirini artırdı
Dollar və avro bu tarixdən BAHALAŞIR -Rusiyada YENİ MƏZƏNNƏ

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu