Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28498
az

Kənd təsərrüfatı məhsullarının qiyməti artdı: Əvvəl 40 manat, indi isə ... - VİDEO

18:1910 Aprel, 2020
410
  • A

Koronavirus pandemiyasının ölkədə yayıldığı vaxtdan sonra meyvə və tərəvəzlərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Satıcılar isə bu qiymət artımına bir neçə səbəb gətirirlər.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Satıcılar bildirir ki, çox adam mal gətirə bilmir, bazarda kasadlıqdır. Ona görə də, qiymətlərdə 15-20 qəpik fərq var: “Yollar bağlı olur, ən çox ona görə bahalıqdır, bir də Azərbaycana məhsul gəlmir. İndi Şəkinin pomidoru baha deyil, kənardan gələnlərdə isə bahalıq var. Kəndlilərin də məhsul gətirə bilməməsi qiymətə bir xeyli təsir edir”.

Səbəblər müxtəlif olsa da, bazarlarda qiymət artımı göz qabağındadır. Bu da, əlbəttə ki, alıcıların cibinə təsir edir. Əhalinin ən çox tələbat duyduğu məhsullardan kartof və soğanın qiyməti kiloqramında 20-60 qəpik civarında bahalaşıb. Bu artım digər tərəvəz məhsullarında da müşahidə olunur.

Qiymətlərin belə qalxması alıcılarda məhsul qıtlığı yaranacağı fikirlərini formalaşdırır. Ancaq aidiyyəti qurum qeyd edir ki, kənd təsərrüfatı ilə bağlı hər hansı bir qıtlıq gözlənilmir. Əksinə, daxili bazarda məhsul bolluğu olacaq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonda mal ətinin maya dəyəri 2 manatdır
Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı