Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26100
az

Manatı təhlükə gözləyirmi? — RƏSMİ  AÇIQLAMA

11:0410 Mart, 2020
1159
İQTİSADİYYAT
  • A

"Bu günə Azərbaycanın milli valyutanın məzənnəsində hər hansı bir dəyişiklik mövcud deyil. Banklar adi rejimdə işlərini davam etdirir və müştəriləri onların tələblərinə uyğun xarici valyuta ilə təmin edir". 

Oxu24.com   xəbər  verir    ki, Bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev ölkədə növbəti dəfə devalvasiya olacağı ilə bağlı söz-söhbətə münasibət bildirərkən deyib.

 

 

"Azərbaycan Mərkəzi Bankı valyuta təchizatçısı kimi istənilən bankın tələbi tam şəkildə ödəyir. Bu gün devalvasiya üçün fundamental əsas yoxdur. Müxtəlif ölkələrdə iqtisadiyyatın vəziyyəti müxtəlifdir və hər bir ölkə öz vəziyyətinə uyğun qərar qəbul edir. Banklara sadəcə bildirilib ki, hər bir müştərinin tələbinin ödənilməsi üçün qanunvericilik çərçivəsində bütün zəruri tədbirləri görsünlər. Bu, birmənalı şəkildə bankların qarşısında duran vəzifədir və banklar bunu yerinə yetirməyə çalışırlar. Müştərilərdən də xahiş olunur ki, hər hansı bir təşvişin, növbələrin yaranmasına səbəb olacaq hərəkətlər etməsinlər və banklara adi rejimdə öz funksiyalarını yerinə yetirməsi üçün şərait yaratsınlar. Banklar öz funksiyalarını tam şəkildə yerinə yetirməyə borcludurlar və bunu edəcəklər. Banklar yalnız komplayns qaydaları çərçivəsində müştəriləri identifikasiya etməli və bu günə qədər mövcud olan qaydalardan kənar hər hansı bir yeni qayda tətbiq etmədən müştərilərə xidmət göstərməlidirlər", - ABA rəhbəri bildirib. 

Günün təklif olunan videosu:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaz limiti artırılır? -Tarif Şurasından AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.04.2024)
Rubl görün neçəyə oldu -MƏZƏNNƏ

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı