ABŞ dollarla bağlı vacib qərar qəbul edib.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Federal Ehtiyatlar Sistemi) Asiya ölkələrindən gələn dollarları 10 gün ərzində karantində saxlayır.
Belə ki, dollarlar ABŞ ərazisində dövriyyəyə buraxılmazdan əvvəl yoxlanır. Səbəb isə dünyanın 97 ölkəsinə yayılmış yeni tip koronavirus epidemiyasıdır.
Qərar 21 fevralda qəbul edilsə də, ictimaiyyətə yenicə açıqlanıb. Qərarın hansı tarixə qədər qüvvədə qalacağı isə bildirilməyib.
Oxu24.com
ŞƏRHLƏR