Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24689
az

Nazirlik pensiyaçılara müraciət etdi - SƏBƏB

20:1017 Fevral, 2020
743
İQTİSADİYYAT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) pensiyaçılara müraciət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kpmmunikasiya şöbəsinin müdiri Fazil Talıbov "Yeni Sabah"a məlumat verib ki, buna səbəb bir neçə pensiyaçının aldadılmasıdır:

"Pensiya kartlarınıza dair məlumatları heç kimə verməyin. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan və Bakının Qaradağ rayon şöbələrinə müraciət edən bir neçə pensiyaçı onların dələduzlar tərəfindən aldadılaraq pensiya kartlarından vəsait oğurlandığını bildiriblər.

Belə ki, həmin pensiyaçıların ev nömrələrinə zəng vuran naməlum şəxslər özlərini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq rayon şöbəsinin əməkdaşları kimi təqdim edərək, guya pensiyalarına edilən artımların hesablarına köçürülməsi üçün onlardan pensiya kartlarına dair məlumatları öyrəniblər.

Nəticədə həmin pensiyaçıların pensiya kartlarından müxtəlif məbləğlərdə vəsaiti oğurlayıblar. Bununla əlaqədar pensiyaçıların şikayətləri aidiyyəti rayon polis orqanlarına yönləndirilib".

F.Talıbov deyib ki, hələ ötən ilin dekabr ayında baş vermiş oxşar halla bağlı pensiyaçılara xəbərdarlıq edilib:

"Bir daha pensiyaçılarımızı xəbərdar edirik ki, nazirliyin yerli qurumu, o cümlədən DSMF əməkdaşı tərəfindən heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz. Pensiya artımı olduğu halda artım məbləği avtomatik olaraq pensiyaya əlavə olunur. Ona görə də bir daha pensiyaçılara diqqətli olmağı və heç bir halda pensiya kart məlumatlarını başqasına verməməyi tövsiyə edirik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi