Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun inşası üzrə işlər 99,4 faiz başa çatıb.
Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.
Direktor bildirib ki, mühəndislik işləri və avadanlıqların alınması, həmçinin mülki işlər 100 faiz, tikinti işləri və avadanlıqların montajı isə 98 faiz yekunlaşıb: "Bütün mexaniki işlərin ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Layihənin dördüncü rübdə istismara veriləcəyi gözlənilir".
X.Cəfərov qeyd edib ki, avqustda ilk yardımçı məhsul - ammiak əldə olunacaq: "Bundan sonra karbamid istehsalı üzrə seksiya işləməyə başlayacaq və "Made in Azerbaijan" brendi altında ilk hazır məhsul oktyabrda alınacaq. Beləliklə, ilin sonunadək zavod işə başlayacaq".
O əlavə edib ki, SOCAR karbamid zavodunun tikintisi layihəsi çərçivəsində xarici banklardan təqribən 325-330 milyon avro mənimsəyib.
Qeyd edək ki, zavodun tikintisi 770-780 milyon avro dəyərləndirilir. Oxu24.com
ŞƏRHLƏR