Azərbaycan Türkiyədən 119,623 milyon dollarlıq bu məhsuldan aldı
09 Noyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
374
20.08.2026, 18:58
Azərbaycanda təqaüdçülər üçün əsas suallardan biri növbəti pensiya artımının nə vaxt və hansı həcmdə olacağı ilə bağlıdır.
Oxu24.com xəbər verir ki, 2026-cı ilin əvvəlində əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım 2025-ci ilin yekun göstəriciləri, xüsusilə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempi əsasında hesablanıb. Rəsmi məlumatlara görə, artımdan təxminən 1,1 milyon pensiyaçı yararlanıb.
Bəs növbəti artım nə vaxt olacaq?
Bu mövzunu saytımıza şərh edən iqtisadçı Əli Məmmnədov bildirib ki, qanunvericiliyə əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Onun sözlərinə görə, 2026-cı ilin yanvarında artım baş verib və eyni qaydada 2027-ci ilin yanvarında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artım tətbiq olunacaq.
Bu isə o deməkdir ki, hazırkı qaydalar dəyişməzsə, pensiyaçılar növbəti ümumi indeksləşdirməni 2027-ci ilin əvvəlində gözləyə bilərlər. Lakin artımın neçə faiz olacağı indidən bəlli deyil. Bunun üçün 2026-cı il üzrə orta aylıq əməkhaqqının yekun artım göstəricisi məlum olmalıdır. Başqa sözlə, builki əməkhaqqı artımı gələn ilin pensiya artımının əsas meyarlarından birinə çevriləcək.
Əli Məmmədov işləməyə davam edən pensiyaçılarla bağlı ayrıca mexanizmin olduğunu qeyd edib. Qanunvericiliyə əsasən, əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyası müəyyən şərtlərlə altı ildən bir yenidən hesablanır və bu zaman onların topladığı pensiya kapitalı nəzərə alınır. Onun sözlərinə görə, 2026-cı ilin sonrakı aylarında altı illik müddəti tamamlanan pensiyaçıların pensiyaları da yenidən hesablanaraq artırıla bilər.
10:30 / 09 Noyabr 2026
1
10:27 / 09 Noyabr 2026
18
10:10 / 09 Noyabr 2026
61
10:09 / 09 Noyabr 2026
69
10:00 / 09 Noyabr 2026
131
09:36 / 09 Noyabr 2026
709
09:26 / 09 Noyabr 2026
72
09:19 / 09 Noyabr 2026
114
08:46 / 09 Noyabr 2026
96
08:42 / 09 Noyabr 2026
644
08:25 / 09 Noyabr 2026
129
04:25 / 09 Noyabr 2026
702
02:31 / 09 Noyabr 2026
668
01:34 / 09 Noyabr 2026
361
01:20 / 09 Noyabr 2026
795
01:10 / 09 Noyabr 2026
477
01:06 / 09 Noyabr 2026
212
00:58 / 09 Noyabr 2026
452
00:50 / 09 Noyabr 2026
341
00:29 / 09 Noyabr 2026
1312
00:25 / 09 Noyabr 2026
662
00:21 / 09 Noyabr 2026
241
00:17 / 09 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.