Neftimiz bahalaşdı
12 Noyabr 2026, 09:48
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2283
31.03.2026, 14:21
Gürcüstan və Ermənistanda artım, Azərbaycanda da artım GÖZLƏNİLİRMİ?
Gürcüstan və Ermənistanda avtomobil yanacağının pərakəndə satış qiymətlərində fevral ayı ilə müqayisədə orta hesabla 20-25% artım qeydə alınıb.
Böyük Britaniyanın enerji bazarları üzrə ixtisaslaşmış “Argus” agentliyinin martın 23-nə olan məlumatına əsasən, hazırda yanacaq qiymətləri aşağıdakı kimidir:
• Aİ-92 – 1,06 ABŞ dolları (1,80 AZN)
• Aİ-95 – 1,14 ABŞ dolları (1,94 AZN)
• Aİ-98 – 1,35 ABŞ dolları (2,29 AZN)
• Dizel (Avro 5) – 1,19 ABŞ dolları (2,02 AZN)
• CNG – 0,67 ABŞ dolları (1,14 AZN)
Ermənistanda isə pərakəndə satış qiymətləri belədir:
• Aİ-92 – 1,27 ABŞ dolları
• Aİ-95 – 1,32 ABŞ dolları
• Dizel (Avro 5) – 1,38 ABŞ dolları
Azərbaycanda 2026-cı ilin əvvəlindən etibarən yanacaq qiymətləri aşağıdakı səviyyədə qalır:
• Aİ-92 – 1,15 AZN (təxminən 0,68 ABŞ dolları)
• Aİ-95 – 1,60 AZN (təxminən 0,94 ABŞ dolları)
• Aİ-98 – təxminən 2,30 AZN (təxminən 1,35 ABŞ dolları)
• Dizel – 1,10 AZN (təxminən 0,65 ABŞ dolları)
Bu göstəricilər region ölkələri arasında yanacaq qiymətlərində fərqli dinamikanın müşahidə olunduğunu göstərir.
Mövzu ilə bağlı neft sahəsi üzrə tanınmış ekspert İlham Şaban Oxu24.com-a açıqlamasında bildirib ki, Ermənistan və Gürcüstan yanacaq istehsalçısı olmadıqlarından onu 100% xarici bazardan almağa məcburdurlar.
“Ona görə də daxili bazarlarında qiymətin formalaşması birbaşa qlobal bazarlardakı qiymətdən asılıdır. Bundan əlavə, qiymətlərə daşıma xərcləri də təsir edir. Məsələn, İran müharibəsi başlayandan tankerlərin gündəlik icarə haqqı kiçik tutumlu gəmilər üçün 4 dəfə, böyük tutumlu tankerlər üçün 8-12 dəfə (daşıma coğrafiyasından və risk dərəcəsindən asılı olaraq) artıb”.
Ekspertin sözlərinə görə, Azərbaycanda yanacaq qiymətləri qlobal bazara bağlı deyil və dövlət tərəfindən tənzimləmə ilə (Tarif Şurasının çıxardığı qərarlarla) müəyyənləşdirilir:
“Bunun müsbət tərəfi odur ki, istehlakçılar dünya bazarında baş verənlərdən asılı olmayaraq sabit qiymətlə yanacaq alırlar. Mənfi tərəfi isə ona bağlanır ki, bizdə dövlət tərəfindən tənzimlənən yanacağın qiyməti heç zaman aşağıya yönəlmir, yalnız müəyyən dövrdən bir artımlar olur. Başqa bir tərəfi odur ki, bizdə yanacaqdolma məntəqələri arasında qiymət məsələsində heç bir rəqabət yoxdur (məsələn, heç kəs dövlət tərəfindən tənzimlənməyən yanacağın qiymətini belə 1 qəpik aşağı və ya yuxarı satmağa cəhd etmir, bu da xidmətin keyfiyyətini artırmağı tormozlayan amildir, müştəri uğrunda bazarda real mübarizə getmir”.
Çimnaz Telmanqızı
20:26 / 12 Noyabr 2026
31
20:14 / 12 Noyabr 2026
43
20:08 / 12 Noyabr 2026
53
20:05 / 12 Noyabr 2026
63
19:59 / 12 Noyabr 2026
49
19:49 / 12 Noyabr 2026
71
19:36 / 12 Noyabr 2026
82
19:31 / 12 Noyabr 2026
84
19:19 / 12 Noyabr 2026
94
19:15 / 12 Noyabr 2026
110
19:09 / 12 Noyabr 2026
85
19:03 / 12 Noyabr 2026
89
18:58 / 12 Noyabr 2026
95
18:50 / 12 Noyabr 2026
96
18:42 / 12 Noyabr 2026
1053
18:40 / 12 Noyabr 2026
87
18:32 / 12 Noyabr 2026
362
18:28 / 12 Noyabr 2026
85
18:26 / 12 Noyabr 2026
103
18:16 / 12 Noyabr 2026
117
18:15 / 12 Noyabr 2026
105
18:07 / 12 Noyabr 2026
110
17:53 / 12 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.