Qaynar xətt:

(+99450) 247 90 86

Təbii qaz bahalaşır

İQTİSADİYYAT

804

21.05.2019, 16:59

\"\" Sabahdan etibrarən İranda sıxılmış təbii qaz (CNG) bahalaşır. Bu barədə İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti elan verib. Anews.az-ın məlumatına görə, şirkət bildirib ki, 22 may tarixindən ibarət hər bir kq təbii sıxılmış qazın qiyməti (CNG) 6568 rial (rəsmi məzənnə ilə 0,15 dollar) olacaq. İndiyədək qiymətin 6 min rial olduğunu bildirən şirkət qiymət artımının 10%-dən aşağı olduğunu əlavə edib. İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti qiymət artımı ilə əldə olunan vəsaitin yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin artırılması, avadanlıqların quraşdırılmasına sərf olunacağını bildirib