Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1100
az

Otellər 73 mln. manat gəlir əldə edib

16:3826 Aprel, 2018
1677
İQTİSADİYYAT
  • A
 Bu ilin birinci rübündə ölkə üzrə mehmanxanalarda 586,0 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
 
Dövlət Statistika Komitəsindən Oxu24.com-a verilən məlumata görə, gecələmələrin 58%-i Bakıda, 9,7%-i Qəbələdə, 8,6%-i Qusarda, 4,8%-i Naftalanda, 3,8%-i Naxçıvan Muxtar Respublikasında, 3,7%-i Qubada, 1%-i Gəncədə, hər birində 0,8% olmaqla Lənkəranda və Masallıda, hər birində 0,5% olmaqla Tovuzda və Qazaxda, 7,8% isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
 
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil edib ki, bu da ümumi gecələmələrin 75,1%-ni təşkil edir. Gecələmələrin 18,3%-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, 14%-i Rusiya vətəndaşları, 9,4%-i İran vətəndaşları, 4,9%-i Türkiyə vətəndaşları, 4,4%-i ABŞ vətəndaşları, 3,7%-i Qətər vətəndaşları, 3,3%-i Böyük Britaniya vətəndaşları, 3,1%-i Küveyt vətəndaşları, 1,6%-i Ukrayna vətəndaşları, 1,5%-i Almaniya vətəndaşları, 0,8%-i İtaliya vətəndaşları, 0,7%-i Gürcüstan vətəndaşları, 34,3%-i digər ölkələrin vətəndaşlarının payına düşüb.
 
Bu ilin birinci rübündə mehmanxanaların gəlirləri 73,1 mln. manat olub ki, onun 64,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 7,1%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
 
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20% təşkil edib. Bu göstərici Naftalanda 52%, Bakıda 32,1%, Qusarda 24,2%, Qəbələdə 22,9%, Qubada 21,7%, Naxçıvanda 9,1%, Lənkəranda 7,6%, Şəkidə 6,5%, Şamaxıda 4,2%, Gəncədə 2,8%, Qaxda 2,5%, digər şəhər və rayonlarda isə 2,5%-dən aşağı olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank yeni Bravo-3 filialını istifadəyə verdi
Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb
BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi