Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106337
az

“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay

13:4617 Aprel, 2024
75
İQTİSADİYYAT
  • A

“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay

 

Qırmızı Ürəklər Fondu, Niderland Krallığının Azərbaycandakı Səfirliyi, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi və “VarYox” mədəniyyət və incəsənət platformasının birgə təşkilatçılığı ilə “Her Action in Art” adlı festival baş tutub.  

 

Festivalda Gürcüstan, Qazaxıstan və Qırğızıstandan olan tanınmış rəssamlarla yanaşı seçilmiş 13 azərbaycanlı qadın rəssamın əsərləri də sərgilənib. Sərgidə rəsm əsərləri, instalyasiyaların nümayişi ilə yanaşı müxtəlif mövzularda seminarlar da baş tutub. Sitarə İbrahimbəyli, Lesli Qrey və Olqa Seleznyovanın kuratorluğu ilə keçirilən seminarların məqsədi regionda qadınların incəsənətə cəlbi və motivasiya edilməsi olub.  

 

Festival çərçivəsində beynəlxalq fotoqraflar tərfindən iki fotoqrafiya seminarı keçirilib. Seminarlarda yerli qadın fotoqrafların portfolioları beynəlxalq mütəxəssislər tərəfindən dəyərləndirilib.  

 

Bu ilhamverici  festivalın yekunu olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş etdiriblər. Əl işlərindən ibarət sərgi və uşaqların moda nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

1 ay davam edən “Her action in Art” festivalının məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaq idi.

 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti ucuzlaşdı
Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq