Mikayıl Cabbarov Prezidentin qarşısında bu məlumatları açıqladı: 1,8 milyard manata...
22 Sentyabr 2026, 14:41
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
852
13.02.2024, 13:30
Paytaxtın müxtəlif ərazilərində divarlara "МЕФ", "СК" , "24ks.cc" kimi psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların "ləqəbi", narkoşəbəkənin saytının adı yazılır. Bu divarlar xüsusən də, uşaqların, yeniyetmələrin təhsil aldığı məktəblərin yaxınlığı olur.
Qanunvericiliklə bu cür təbliğat aparan adamları hansı cəzalar gözləyir?
OXU24.COM xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, qadağan olunmuş şeylərin reklam edilməsinə görə cərimə tətbiq edilir:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir".
Hüquqşünas qeyd edib ki, narkotik vasitələrinin istifadəsinə maraq yaradan vətəndaşları 10 ilədək həbs cəzası gözləyir:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2.3-cü maddəsinə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə-bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda-yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
14:41 / 22 Sentyabr 2026
20
14:36 / 22 Sentyabr 2026
44
14:22 / 22 Sentyabr 2026
38
14:18 / 22 Sentyabr 2026
44
14:15 / 22 Sentyabr 2026
36
14:07 / 22 Sentyabr 2026
458
14:03 / 22 Sentyabr 2026
47
14:02 / 22 Sentyabr 2026
2113
14:01 / 22 Sentyabr 2026
43
13:57 / 22 Sentyabr 2026
43
13:52 / 22 Sentyabr 2026
42
13:48 / 22 Sentyabr 2026
41
13:43 / 22 Sentyabr 2026
133
13:41 / 22 Sentyabr 2026
39
13:40 / 22 Sentyabr 2026
128
13:35 / 22 Sentyabr 2026
34
13:30 / 22 Sentyabr 2026
49
13:27 / 22 Sentyabr 2026
47
13:10 / 22 Sentyabr 2026
113
13:10 / 22 Sentyabr 2026
59
12:58 / 22 Sentyabr 2026
74
12:55 / 22 Sentyabr 2026
67
12:54 / 22 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.