Pensiya artımı gözlənilir: Minimum əməkhaqqı da artırılacaqmı?
28 Noyabr 2026, 19:36
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
769
19.01.2024, 16:50
2023-cü ildə Qırmızı Ürəklər Fonduna 31 934 donor tərəfindən 1 521 238 AZN ianə edilib
Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında böyük rolu olan Qırmızı Ürəklər Fondu (“Red Hearts”) 2023-cü ilə dair hesabat açıqlayıb. Bu haqda Fondun prezidenti Sevda Haqverdiyeva mediaya müsahibəsində bildirib. O qeyd edib ki, 2023-cü ildə Fonda 3 fərqli istiqamətdə 31 934 donor tərəfindən 1 521 238 manat ianə edilib. Ötən il Fond üçün 4 028 benefisiar, 242 könüllü göstəriciləri ilə tamamlanıb.
Eyni zamanda o bildirib ki, “Hər istiqamət üzrə konkret göstəriciləri vurğulasam son bir il ərzində Fonda “Cəmiyyət” kateqoriyasında 31 430 ianəçi tərəfindən 1 489 351 manat, “Ətraf-mühit” kateqoriyasında 281 ianəçi tərəfindən 27 047 manat, “Heyvanların müdafiəsi” üzrə olan kateqoriyada isə 223 ianəçi tərəfindən 4 705 manat ianə olunub”.
İanələr il ərzində həyata keçirilən müxtəlif sosial layihələrin icrasına sərf olunub. Onların sırasında Türkiyədə baş verən zəlzələdən zərər çəkmiş şəxslər üçün həyata keçirilən “Türkiyə üçün bir ürək olaq!” ianə toplamasa aksiyası, şəhid ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi, uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var.
“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
00:11 / 29 Noyabr 2026
1
23:56 / 28 Noyabr 2026
121
23:47 / 28 Noyabr 2026
69
23:36 / 28 Noyabr 2026
238
23:13 / 28 Noyabr 2026
117
22:57 / 28 Noyabr 2026
111
22:29 / 28 Noyabr 2026
126
22:11 / 28 Noyabr 2026
111
22:01 / 28 Noyabr 2026
119
21:50 / 28 Noyabr 2026
129
21:34 / 28 Noyabr 2026
126
21:22 / 28 Noyabr 2026
143
20:57 / 28 Noyabr 2026
211
20:40 / 28 Noyabr 2026
154
20:24 / 28 Noyabr 2026
146
20:16 / 28 Noyabr 2026
155
20:04 / 28 Noyabr 2026
161
19:43 / 28 Noyabr 2026
169
19:36 / 28 Noyabr 2026
162
19:20 / 28 Noyabr 2026
154
19:08 / 28 Noyabr 2026
169
18:59 / 28 Noyabr 2026
185
18:48 / 28 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.