Qaynar xətt:

(+99450) 247 90 86

Pensiyalarla bağlı ŞAD XƏBƏR

Pensiyalarla bağlı ŞAD XƏBƏR

İQTİSADİYYAT

837

10.01.2024, 15:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 2024-cü ildə pensiyaların nə qədər artacağı ilə bağlıdır.

OXU24.COM Baku Tv-yə istinadən bildirir ki, qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq Sərəncamı ilə indeksləşdirilərək artırılır.

Proses ötən ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir.

Bəs 2024-cü ildə pensiyalar nə qədər artacaq?

Millət vəkili Vüqar Bayramov pensiyaların 11 faiz artırılacağını deyib. O bildirib ki, bu, əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək:

"Əgər vətəndaş 500 manat alırsa, bu məbləğ orta hesabla 11 faiz indeksasiya olunaraq artırılacaq, yəni 55 manat artacaq. Daha dəqiq artım faizi fevral ayının əvvəllərində bəlli olacaq".