Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97603
az

Forbes: tennisçi Medvedev rusiyalı idmançılar arasında şəxsi brendlərin reytinqinə başçılıq edir

16:2009 Noyabr, 2023
600
İDMAN
  • A

Oxu24.com xəbər  verir  ki,tennisçi Daniil Medvedev Forbes-ə görə Rusiya idmançıları arasında şəxsi brendlər reytinqində birinci yeri tutub.

Rusiyadan olan idmançıların şəxsi brend dəyərinin reytinqinə yalnız indiki idmançılar daxil edilib.

Bundan əlavə, reytinqə cari ilin sentyabrın 1-dək idman vətəndaşlığını dəyişən rusiyalı idmançılar daxil edilməyib.

Reytinqdə ikinci yeri 2022-ci il Olimpiadasının vitse-çempionu, fiqurlu konkisürən Aleksandra Trusova tutub. Üçüncü yerdə xokkey oyunçusu və Milli Xokkey Liqasının (NHL) Washington Capitals komandasının kapitanı Aleksandr Oveçkindir.

 

Bundan əlavə, şəxsi brendlərin dəyərinə görə ilk 10-luğa Moskvanın “Lokomotiv” komandasının hücumçusu, futbolçu Artem Dzyuba (4-cü yer), eləcə də fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Kamilə Vəliyeva (5-ci yer) daxil edilib.

Onlardan sonra reytinqdə altıncı yerdə daha bir rusiyalı tennisçi Andrey Rublev qərarlaşıb. Sonra 2018-ci ilin Olimpiya çempionu fiqurlu konkisürən Alina Zagitova (7-ci yer), fiqurlu konkisürmə üzrə digər olimpiya çempionu Anna Şerbakova (8-ci yer), eləcə də qarışıq döyüş növləri üzrə yüngül çəkidə UFC çempionu nümayəndəsi İslam Mahaçev (9-cu sıra) gəlir.

Reytinqdə ilk 10-luğu 2018-ci il Olimpiya Oyunlarının vitse-çempionu Yevgeniya Medvedeva tamamlayıb.

Reytinq tərtib edilərkən ekspertlər idmançının rusdilli mediada və sosial şəbəkələrdə populyarlığına əsaslanaraq, marketinq cəlbediciliyinin səviyyəsini nəzərə alıblar. Rusiya mətbuatında qeyd olunanların sayına görə Daniil Medvedev ikinci, sosial şəbəkələrdə populyarlığına görə isə dördüncü yerdədir. Tennisçi reklamçılar üçün cəlbedicilik səviyyəsinə görə reytinqə başçılıq etməyi bacarıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Olimpiya oyunlarında ilk dünya rekordu qeydə alındı
"Sumqayıt" - "Fehervar" matçına 8000 bilet satılıb
Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ