Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96615
az

İsrail əsgərinin atası Messiyə müraciət edib

21:2716 Oktyabr, 2023
476
  • A

İsrail əsgərinin atası Aleks Şerman Amerikanın "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messiyə müraciət edib.

 

Oxu24.com xəbər verir ki,bu barədə “Marca” məlumat yayıb.

 

“Argentina vətəndaşlığı olan İsrail əsgəri oğlum Ron Qəzzada HƏMAS terror qruplaşması tərəfindən qaçırılıb. Bilirəm ki, sizə minlərlə kömək sorğusu gəlir və bu videonun sizə çatıb-çatmayacağını bilmirəm. Amma bir ata olaraq oğlumu geri qaytarmaq üçün əlimdən gələni edirəm.

Bilirəm ki, sizdən bir neçə kəlmə möcüzə yarada bilər. Oğlum Ron və Həmas tərəfindən qaçırılan Argentinalılar üçün. Əlinizdən gələni edin. Ümid edirəm sözlərim sizə çatar. Biz sizi sevirik və sizə heyranıq”, - Aleks Şerman bildirib.

2023-cü ilin yayında Messi iki ildən sonra Fransanın PSJ klubunda Amerikanın İnter Mayami klubuna keçdi. O, iyulun 22-də ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt etdi.

Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. "İnter Mayami" turnirin final matçında "Nashville"i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunu qazanıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Olimpiya oyunlarında ilk dünya rekordu qeydə alındı
"Sumqayıt" - "Fehervar" matçına 8000 bilet satılıb
Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ