Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84646
az

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı açıqlanıb

17:1713 Mart, 2023
279
İDMAN
  • A

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı bəlli olub.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) Oxu24.com-a verilən məlumata görə, mayın 29-dan iyunun 4-dək təşkil olunacaq yarış Bakı Kristal Zalında baş tutacaq.

Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio paytaxta işgüzar səfər zamanı turnirə hazırlıq işləri ilə yerində tanışı olub və ATF rəhbərliyi ilə müzakirələr aparıb.

O, gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunsa da, sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.

Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley Bakıda qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Qarabağ”ın qapıçısı Rusiya klubuna keçə bilər
AFFA “Zirə”yə xəbərdarlıq etdi
Premyer Liqaya gələcək komanda bu gün müəyyənləşəcək

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi