Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82056
az

Azərbaycan çempionatının oyunları sükutla başlayıb, voleybolçular meydana qara sarğı ilə çıxıblar

23:0507 Fevral, 2023
474
İDMAN
  • A

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.

Oxu24.com-un məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan hər iki matç Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. Həmçinin komandalar meydana qara sarğı ilə çıxıblar.

Günün ilk matçında “Murov” MOİK-lə üz-üzə gəlib. Matçın qalibi tay-brekdə müəyyənləşib. Birinci hissədə 25:23 hesabı ilə qalib gələn Eldar Əliyevin komandası növbəti setdə də üstün olub - 26:24. Üçüncü hissədə toparlanan “Murov” sonrakı iki setdə 25:15 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib - 2:2. Həlledici setdə 15:7 hesabı ilə üstün olan "Murov" görüşü öz xeyrinə başa vurub - 3:2 (23:25, 24:26, 25:15, 25:15, 15:7).

Turun növbəti qarşılaşması "Xarı bülbül" və "Neftçi" klubları arasında olub. Gərgin keçən ilk seti "Neftçi" iki xal fərqi ilə öz xeyrinə tamamlayıb - 25:23. Bundan sonra təşəbbüsə yiyələnən "Xarı bülbül" ikinci hissədə qələbə qazanaraq (25:13) ümumi hesabı bərabərləşdirib - 1:1. Sonrakı setlərdə isə "Neftçi" rəqibini 25:14 və 25:23 hesabları ilə üstələyərək meydandan qalib ayrılıb - 3:1 (25:23, 13:25, 25:14, 25:23) .

Beləliklə, V turdan sonra “Murov” 14 xalla liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 6 xalı olan “Neftçi” üçüncü yerdə qərarlaşıb. Bu gün ilk xalını qazanan MOİK isə sonuncu pillədir.

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldodan yeni rekord
Fransız portalı RPL-in üç əsas istedadının adını çəkib
Emin Mahmudov

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu - FOTO