Qaynar xətt:

(+99450) 247 90 86

Ronaldonun koronavirus testinin cavabı açıqlandı

Ronaldonun koronavirus testinin cavabı açıqlandı

İDMAN

781

13.03.2020, 14:21

"Yuventus”un hücumçusu Kriştianu Ronaldo koronavirus epidemiyası ilə bağlı testdən keçib.
 

Fanat.Az xəbər verir ki, Portuqaliya Səhiyyə Nazirliyi superulduzda koronavirus xəstəliyinin aşkarlanmadığını bəyan edib.

Vətənində karantinə alınan 35 yaşlı hücumçu hələlik İtaliyaya göndərilməyəcək.

Qeyd edək ki, "Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyi aşkarlandığından, Ronaldo doğulduğu şəhər olan Madeyrada karantinə alınıb.