Qaynar xətt:

(+99450) 247 90 86

Futbolçular arasında kütləvi dava: yaralılar var

2019-11/1574057609_dava-futbol.jpg

İDMAN

1708

18.11.2019, 10:12

  Həştərxanda Rusiyanın futbol üzrə çempionatının ikinci divizionunda yerli “Volqar” və Mahaçqalanın “Legion Dinamo” klubları arasında oyun dava ilə bitib.
Hadisənin videosu “Region Online” portalı tərəfindən yayılıb.
Hakimin final fitindən sonra futbol meydanının mərkəzində iki komandanın oyunçuları arasında dava düşüb. Az sonra davaya əvəzedici heyət və komandaların digər üzvləri də qoşulublar.     Bir neçə dəqiqədən sonra hakimlər aranı sakitləşdirə biliblər və futbolçular meydanı tərk ediblər. “Volqar” və “Legion Dinamo” klublarının görüşü 1:1 hesabı ilə başa çatıb. “Volqar” 47 xalla turnir cədvəlində birinci yerdədir, dağıstanlılar 24 xalla doqquzuncudurlar.