Qurban Qurbanov onları cəzalandıracaq? - Video
31 Oktyabr 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
300
31.08.2026, 19:42
Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək bu qərarı verməyin onun üçün çox çətin olduğunu bildirib:
“Milli komandadan getdiyimi hər kəsə açıqlamaq istəyirəm. Bu qərar ruhumu ağrıtdı və hələ də ağrıdır. Amma vaxtının çatdığını düşünürəm”.
Argentina millisinin formasını hər zaman böyük bağlılıqla daşıdığını vurğulayan ulduz futbolçu bildirib ki, komandası uğur qazanmamışdan əvvəl də bu forma uğrunda mübarizə aparıb.
Messi bundan sonra millidə oynamağa layiq olan gənc futbolçuların yetişdiyini qeyd edib:
“Özümü tamamilə verdim və artıq verəcək daha nəyinsə qalmadığını hiss edirəm. Arxadan çox böyük futbolçular gəlir və onlar burada olmağa layiqdirlər”.
Argentina azarkeşlərinə 20 illik dəstəklərinə görə təşəkkür edən Messi bundan sonra milli komandanı tribunadan dəstəkləyəcəyini bildirib.
Ulduz futbolçu ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və rəhbərliyə də minnətdarlığını ifadə edib. Messi vida mesajını finaldan iki gün sonra, iyulun 21-də yazdığını, daha sonra atası ilə bağlı yaşanan hadisədən sonra isə qərarından daha da əmin olduğunu qeyd edib.
01:12 / 02 Noyabr 2026
76
00:41 / 02 Noyabr 2026
110
00:26 / 02 Noyabr 2026
100
00:06 / 02 Noyabr 2026
299
23:52 / 01 Noyabr 2026
209
23:45 / 01 Noyabr 2026
710
23:40 / 01 Noyabr 2026
106
23:27 / 01 Noyabr 2026
162
23:25 / 01 Noyabr 2026
407
23:14 / 01 Noyabr 2026
182
23:00 / 01 Noyabr 2026
445
22:56 / 01 Noyabr 2026
124
22:04 / 01 Noyabr 2026
134
21:49 / 01 Noyabr 2026
146
21:49 / 01 Noyabr 2026
124
21:26 / 01 Noyabr 2026
290
21:14 / 01 Noyabr 2026
320
20:55 / 01 Noyabr 2026
252
20:49 / 01 Noyabr 2026
120
20:35 / 01 Noyabr 2026
764
20:24 / 01 Noyabr 2026
157
20:20 / 01 Noyabr 2026
363
19:59 / 01 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.