Bu gün Azərbaycan Premyer Liqasına start veriləcək
29 Avqust 2026, 09:43
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
540
12.12.2024, 13:04
Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda bu gün İsveçdə “Elfsborq”un qonağı olacaq.
Oxu24.com xəbər verir ki, bu görüş Azərbaycan çempionunun avrokuboklarda İsveç klublarına qarşı 8-ci dueli kimi tarixə düşəcək.
Ağdam klubunun isveçlilərlə ilk matçı 2013-cü ildə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Gefle”yə qarşı olub. Qurban Qurbanovun komandası hər iki görüşdə (1:0, 2:0) rəqibinə qalib gələrək pley-off mərhələsinə yüksəlib.
Növbəti qarşılaşma isə bundan 3 il sonraya təsadüf edib. 2016-cı ildə yenə Avropa Liqasının bu dəfə pley-off mərhələsində “Göteborq”la üz-üzə gələn “Qarabağ” səfərdəki ilk matçda 0:1 hesabı ilə uduzub. Lakin doğma meydanda rəqibini 3 cavabsız qolla üstələyən ağdamlılar inamlı qələbə ilə adını qrup mərhələsinə yazdırıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçiləri ilə ilk oyunu isə 2023-2024-cü illər mövsümündə reallaşıb. Komandamız "Hekken"ə səfərdə 1:0, evdə isə 2:1 hesabı ilə qalib gələrək, aktivinə 6 xal əlavə edib.
“Köhlən atlar” isveçlilərlə hələlik son matçına isə bu mövsüm çıxıb. Avropa Liqasının yeni formatda keçirilən Liqa mərhələsinin II turunda doğma meydanda “Malmö” ilə münasibətlərini aydınlaşdıran “Qarabağ” meydandan məğlub ayrılıb - 1:2.
İndiyədək ümumilikdə 7 oyunda İsveç təmsilçiləri ilə qarşılaşan “Qarabağ” 5 qələbə qazanıb, 2 dəfə isə məğlub olub. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var – 10:4.
Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə “Boras Arena”da təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Aktivində 3 xalı olan Azərbaycan çempionu turnir cədvəlinin 32-ci pilləsində qərarlaşıb.
10:15 / 29 Avqust 2026
4
09:52 / 29 Avqust 2026
32
09:43 / 29 Avqust 2026
42
09:30 / 29 Avqust 2026
40
09:15 / 29 Avqust 2026
45
08:59 / 29 Avqust 2026
49
23:54 / 28 Avqust 2026
157
23:28 / 28 Avqust 2026
117
23:11 / 28 Avqust 2026
94
22:56 / 28 Avqust 2026
127
22:32 / 28 Avqust 2026
132
22:12 / 28 Avqust 2026
113
21:45 / 28 Avqust 2026
79
21:09 / 28 Avqust 2026
130
20:50 / 28 Avqust 2026
145
20:40 / 28 Avqust 2026
165
20:07 / 28 Avqust 2026
116
19:53 / 28 Avqust 2026
127
19:29 / 28 Avqust 2026
99
19:26 / 28 Avqust 2026
450
19:16 / 28 Avqust 2026
673
19:09 / 28 Avqust 2026
98
18:47 / 28 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.